'Türkiyədən Ermənistana aviareys açılması Azərbaycanı narahat etməməlidir' - DEPUTAT

12:20 18.03.2013
1162

Bu sözləri AZXEBER.COM-a açıqlamasında deputat Fazil Mustafa deyib. Millət vəkili Türkiyənin Van şəhərindən İrəvana aviareys açılmasına münasibət bildirib:

“Van şəhərindən Ermənistana aviareys açılması Azərbaycan-Türkiyə münasibətlərinə təsir etməməlidir. Çünki bizim üçün Türkiyə tərəfindən Ermənistanla münasibətlərdə atılan 2 addım maraqlıdır: Diplomatik əlaqələrin qurulması və sərhədlərin açılması məsələləri. Digər mövzularda Türkiyə öz istədiyi formada bölgə dövlətləri ilə münasibət qura bilər və bu bizi qətiyyən narahat etməməlidir. Yunanlara da müəyyən kilsələrin ziyarəti üçün şərait yaradıblar. Türkiyə beynəlxalq imici üçün bu addımı atır, amma bu heç də diplomatic əlaqələrin qurulması anlamına gəlmir. Türkiyə öz mövqeyində nə qədər qalırsa, biz də məsələni şişirtmədən Türkiyənin Azərbaycana dəstəyini qiymətləndirməliyik. Və belə məsələləri bəhanə edib Türkiyəni ittiham etmək olmaz.”

Ceyhun

OXŞAR XƏBƏRLƏR