Türkiyədən İsrailə bir çox uçuşlar ləğv edildi

Türkiyədən İsrailə bir çox uçuşlar ləğv edildi
DÜNYA
16:27 29.07.2024
132
Almaniyanın Lufthansa və Avstriya Hava Yollarının bu gün İsrailə uçuşları ləğv etdiyi açıqlanıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, İsrailə uçuşların dayandırılması qərarının nə qədər müddətə verildiyi barədə heç bir açıqlama verilməyib.
Buna səbəb olaraq, İsrail ordusunun Livana qarşı  hücum təhlükəsi ola biləcəyi göstərilib.
 
İsrailin işğalı altında olan Colan Təpələrindəki Majdel Şəms qəsəbəsində futbol meydançasına atılan raket nəticəsində aralarında uşaqların da olduğu 12 nəfərin həyatını itirdiyi, 17-si ağır olmaqla 35 nəfərin yaralandığı açıqlanıb.
 
İsrail baş verən hadisə ilə bağlı, Livan Hizbullahının məsuliyyət daşıdığını açıqlayıb.
 
Livan Hizbullahı hücumun onlar tərəfindən həyata keçirildiyinə dair iddiaları təkzib edib və hadisə ilə heç bir əlaqəsinin olmadığını bildirib.
 
İsrailin baş naziri Binyamin Netanyahu da hücumla bağlı açıqlamasında deyib ki: "İsrail bu ölümcül hücumu bir kənara qoymayacaq. Hizbullah indiyə qədər heç vaxt ödəmədiyi ağır bədəli ödəyəcək".
 
Oksana
OXŞAR XƏBƏRLƏR