Türkiyədən koronavirusdan ölənlərin dəfni ilə bağlı açıqlama

DÜNYA
18:48 09.04.2020
793

Türkiyə Səhiyyə Nazirliyinin Elmi Şurası və Dini İşlər İdarəsi koronavirusdan ölənlərin dəfni ilə bağlı açıqama yayıb.

"Report” "Ahaber”ə istinadən xəbər verir ki, infeksiyaya yoluxma riskinə qarşı mütəxəssislərin tövsiyələrini nəzərə alaraq cənazə uyğun şəkildə yuyulmalı, kəfənlənməli, dəfn edilməlidir.

Qeyd edək ki, martın 22-də hər iki qurum koronavirusa yoluxma halında cənazə namazının qılınması və dəfnlə bağlı fətva yaymışdı. Həmin fətvada insanların bir-birindən sosial məsafəyə diqqət yetirmələri tövsiyə olunurdu.

OXŞAR XƏBƏRLƏR