Türkiyə vətəndaşlarının Misirə səfər edərkən viza ala biləcəkləri bildirilib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.
Bəyanatda deyilir: "Misirə səfər edəcək vətəndaşlarımız bundan sonra viza ala biləcəklər".
Qeyd edək ki, daha əvvəl Türkiyənin Qahirədəki müvəqqəti işlər vəkili Salih Mutlu Şen də sosial media hesabından mövzu ilə bağlı açıqlama verib.
Mikayıl