“Todays Zaman” qəzetinin azərbaycanlı yazarı Mahir Zeynalov Türkiyədən deportasiya edilib. Bu barədə Türkiyənin “İnternethaber” onlayn qəzeti məlumat verib.
Məlumata əsasən, buna səbəb Mahir Zeynalovun hökumət əleyhinə və xüsusən də ölkənin Baş naziriRəcəb Tayyib Ərdoğanaqarşı davamlı ittihamlar etməsi olub.
AZXEBER.COM-un məlumatına görə, jurnalist Türkiyədən qovulması ilə bağlı fikirlərini tvitter hesabında bölüşüb:
“Yüz milyonlarla başın fəda olduğu müqəddəs bir həqiqətə başımız fəda. Dünyanı başımıza yıxsanız da, bu müqəddəs vəzifədən vaz keçməyəcəm”.