Türkiyənin Daxili İşlər Nazirliyi ölkənin Milli Kəşfiyyat Təşkilatının Suriyada keçirdiyi İŞİD əməliyyatı ilə bağlı açıqlama yayıb.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, daha əvvəl Türkiyə vətəndaşı Binali Aslanın avtomobilini kirayələyəndən sonra onu öldürən 14 nəfərlik qrupun Suriyanın İdlib bölgəsinə qaçdığı müəyyən olunub.
Təhlükəsizlik qüvvələri onların izinə düşüb. Silahlı qarşıdurma zamanı terrorçulardan 8-i öldürülüb, 2-si yaralanıb, 4-ü isə sağ ələ keçirilib.