Türkiyənin "Show TV” telekanalında yayımlanan "Üç Kuruş”un çəkilişləri Yeni il proqramlarına görə dayandırılıb.
Yanvarın 10-dan serialın növbəti bölümünün çəkilişi planlaşdırılmışdı. Lakin serialın baş rol ifaçısı Uraz Kayğılaroğlu və çəkiliş qrupundakı digər şəxslərin də koronavirusa yoluxması səbəbilə çəkilişlər təxirə salınıb.
Uraz Kayğılaroğlunun evində təcrid olunduğu və bir müddət çəkilişlərdən uzaq qalacağı bildirilir.
///Oxu.az