Türkiyəli alimlərdən yeni kəşf! Kimyaterapiya dərmanlarının yan təsirləri azalacaq

Türkiyəli alimlərdən yeni kəşf! Kimyaterapiya dərmanlarının yan təsirləri azalacaq
DÜNYA
18:59 19.09.2023
135

Hacettepe Universiteti Xərçəng İnstitutu, kemoterapiya dərmanlarının yan təsirlərini azaltmaq və effektivliyini artırmaq məqsədi ilə xərçəng toxumasını hədəf alan kiçik protein hissəcikləri hazırlayıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Hacettepe Universiteti Xərçəng İnstitutunun professoru Günəş Esendağlı və 8 nəfərlik araşdırma qrupu kimyaterapiya dərmanlarının yan təsirlərini azaltmaq və effektivliyini artırmaq məqsədi daşıyan araşdırmaya başlayıb.

Birinci mərhələ başa çatdıqdan sonra xərçəng toxumasını hədəf alan kiçik protein hissəcikləri hazırlanıb. 

Türkiyənin Elmi və Texnoloji Araşdırmalar Şurasının dəstəklədiyi layihənin ikinci mərhələsində bu zülal hissəciklərinin kimyaterapiya dərmanları ilə birləşdirilməsi planlaşdırılır. 

Bu layihə xərçəngin müalicəsində istifadə edilən kemoterapiya dərmanlarının yan təsirlərini azaltmaq məqsədi daşıyır.

Gülay

 

OXŞAR XƏBƏRLƏR