Türkiyəli atletlər “Yaşa, Azərbaycan!” sədaları altında rəqs etdilər - VİDEO

Türkiyəli atletlər “Yaşa, Azərbaycan!” sədaları altında rəqs etdilər - VİDEO
SOSİAL
13:38 28.04.2023
229

 

Ermənistanın paytaxtı İrəvandakı ağırlıqqaldırma üzrə Avropa çempionatında qızıl medal qazanmış türkiyəli atletlər Nuray Güngör, Cansu Bektaş, Yusuf Fehmi Genc və gümüş mükafatçı Qamze Altun Bakıda səfərdədirlər.

AZXEBER.COM xəbər verir ki, Bakıda ötən axşam onlar üçün əyləncə tədbiri təşkil olunub. Onlar "Yaşa, Azərbaycan!” və digər musiqilərlə rəqslər ediblər.

Bu barədə görüntüləri Bakıya qonaq gələn Yusuf Fehmi Genc sosial şəbəkə hesabında paylaşıb.

Qeyd edək ki, qardaş ölkə təmsilçiləri Bakıya Prezident İlham Əliyevin dəvəti ilə gəliblər. İdmançılar İrəvandakı yarışda qazandıqları medalları Azərbaycana həsr ediblər.

Gülay

 

OXŞAR XƏBƏRLƏR