Türkiyəli deputat: "BMT Təhlükəsizlik Şurasının daimi üzvləri dəyişməlidir"

DÜNYA
10:28 25.09.2021
569
"BMT-nin qətnamələrinin reallaşdırılmasında ikili standartlar mövcuddur. Burada faktiki olaraq çoxluğun deyil, BMT Təhlükəsizlik Şurasının (TŞ) 5 daimi üzvünün fikri önəmli hesab olunur. Bu sistem tez bir zamanda dəyişməlidir”.

Bu fikirləri "Report”un yerli bürosuna açıqlamasında BMT Baş Assambleyasının 76-cı sessiyasının yüksək səviyyəli iclaslarında iştirak edən Türkiyənin Böyük Birlik Partiyasının sədri, millət vəkili Mustafa Dəstici deyib.

O, qərarların icrasında ciddi problemlər olduğunu bildirib: "BMT-nin Nizamnaməsində əks etdirilən və hamılıqla qəbul olunan əsas prinsiplər məhz BMT TŞ-nin 5 daimi üzvünün - ABŞ, Rusiya, Fransa, Çin və İngiltərənin diktəsi ilə işləyir. Azərbaycanla bağlı qəbul olunan, ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarından şərtsiz, sorğusuz və sualsız çıxmasını tələb edən qərarlar vardı. Ancaq bu qətnamələr icra olunmadı. Buna bəzər vəziyyət İsraillə bağlı alınan qərarların icrasında da var. Biz bu siyahını uzada bilərik. Təəssüf ki, bu 5 ölkənin istəmədiyi heç nə olmur. Bu sistemin ən qısa zamanda dəyişməsi lazımdır. BMT İkinci Dünya müharibəsindən sonra qalib ölkələrin qurduğu bir cəmiyyət olsa da, artıq o dövr keçmişdə qalıb və 193 dövlət bu beynəlxalq təşkilatın üzvüdür. Düşünürəm ki, mövsümi olaraq BMT-nin daimi üzvləri dəyişməli, ya da bu ölkələrin sayı bütün dünya ölkələrini əhatə edəcək şəkildə artırılmalıdır”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

12:02 26.10.2021

Kəramət Böyükçöl Narkoloji Dispanserdən evə buraxıldı - FOTO

11:57 26.10.2021

DİN Bakıda bir qrup qazinin yolu bağlamasına münasibət bildirdi

11:55 26.10.2021

‘Squid Game’ serialına baxan işçilər etiraza başladı: Haqqımızı verin

11:50 26.10.2021

Ərdoğan Azərbaycana yola düşüb

11:47 26.10.2021

Koronavirusun “AY.4.2” variantı “Delta”dan daha təhlükəlidir - AÇIQLAMA

11:45 26.10.2021

Prezidentin köməkçisi: “Regionda yeni təhlükəsizlik düzəni formalaşıb”

11:27 26.10.2021

Alim Qasımov qızını cəzalandırıb: “Mənə şillə vurdu” - VİDEO

11:16 26.10.2021

Ermənistan parlamenti Azərbaycanla sərhədin demarkasiyası ilə bağlı qapalı dinləmələr keçirəcək

11:12 26.10.2021

Bakıda daha bir qanunsuz tikintinin qarşısı alınıb - VİDEO

11:02 26.10.2021

DTX rəisindən Azərbaycanda sabitliyi pozmağa çalışanlara XƏBƏRDARLIQ

11:00 26.10.2021

DTX rəisi: "Bəzi vətəndaşların ölkə hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrə qoşulması narahatlıq doğurur"

10:58 26.10.2021

"Ermənistandakı mənfur ünsürlər Azərbaycanda yaşayan müxtəlif xalqların arasında nifaq toxumu səpməyə çalışır"

10:57 26.10.2021

Ramil Usubov: "Bəzi qüvvələr bölgədə yaranan sabitliyin yenidən pozulması üçün təxribatlara əl atırlar"

10:46 26.10.2021

İmmunitet və peyvənd sertifikatları ilə bağlı VACİB XƏBƏR: Müddətsiz olaraq uzatmaq üçün...

10:35 26.10.2021

Nazir polis mayoruna yüksək vəzifə verdi

10:31 26.10.2021

Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürdü