Türkiyəli fenomen cinsiyyətini dəyişdirdi - FOTOLAR

Türkiyəli fenomen cinsiyyətini dəyişdirdi - FOTOLAR
MAQAZİN
13:16 17.01.2024
610

Sosial medianın rəngarəng simalarından biri olan türk bloger Mika Can Raun sevgilisi ilə Taylanda getdikdən sonra müxtəlif iddialarla gündəmə gəlmişdi. Bu iddialardan biri də fenomenin cinsiyyət dəyişdirmə əməliyyatı edəcəyi idi.

AZXEBER.COM Türkiyə mətbuatına əsasən xəbər verir ki, bu iddialar qarşısında bu günə qədər susan məşhur fenomen, nəhayət ki, ilk paylaşımı ilə hər kəsi təəccübləndirib.

Onun xəstəxanadan etdiyi paylaşımlar iddiaların doğruluğunu təsdiqləyib. Belə ki, "tiktoker” taylandlı həkimlər ilə fotosunu yayımlayıb və fotoya "Şahzadəniz gəldi" sözlərini yazıb.

İddiaları gücləndirən bir digər paylaşım isə onun qız uşaqlarını təmsil edən çəhrayı rəngdə oyuncaq paylaşması olub.

Qeyd edək ki, əsl adı Mika Can Raun olan fenomen 2001-ci ildə İstanbul, Böyükadada doğulub. "TikTokda” etdiyi paylaşımlar ilə qısa zamanda maraq çəkən Raun bir müddət sonra cinsiyyətini dəyişdirmək qərarına gəlib. O artıq tamamilə qadın olduğunu əməliyyat fotoları ilə izləyicilərinə bildirib.

Aysel

 

 

 

OXŞAR XƏBƏRLƏR