AZXEBER.COM-un məlumatına görə, Çakar canlı yayımda püşkatma təşkil edib.
O, əvvəlcə ÇL-in 1/4 final mərhələsinin püşkünün real nəticələrini çıxarıb. Daha sonra studiyadakılara “Siz arzuladığınız püşkü deyin, onu çıxarım” deyib və dediyini reallaşdırıb.
Ahmet Çakar “Mən nə sehrbazam, nə fırıldaqçı, bunu edə bilirəmsə, milyardlarla pulun dövr etdiyi UEFA çox asanlıqla edər”, deyə, fikrini tamamlayıb.