Türkiyəli futbolçu Messinin xüsusi siyahısında yer aldı

İDMAN
16:44 15.10.2024
434
Futbol dünyasının əfsanəvi adı Lionel Messi gənc istedadlara dəstəyini davam etdirir.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən bildirir ki, məşhur idman brendi 10 oktyabr tarixini "Messi Günü" elan etmişdi və bu özəl günü qeyd etmək üçün məşhur ayaqqabı modeli olan "F50 Stellar Triumph"u satışa çıxartmışdı.
 
Messi bu ayaqqabıları geyinməyə layiq bildiyi 10 gənc istedadlı futbolçunu şəxsən seçib.
 
Türkiyə futbolunun parlayan ulduzu Kənan Yıldız da bu siyahıya daxil edilib.

Messi açıqlamasında "Futbol mənim həvəsimdir və ayaqqabı kolleksiyamı inkişaf etdirə bilmək isə ən böyük arzumun gerçəkləşməsi deməkdir. Seçdiyim bu gənc istedadlar mənim butslarımı meydanda geyinməyi seçdikləri üçün minnətdaram" deyə bildirib.

Xatırladaq ki, 18 yaşı olsa da, Kənan Yıldız "Yuventus"un infrastrukturunda göstərdiyi üstün performansla diqqət çəkməyi bacarıb. Gənc istedad milli komandada da çıxış etməklə Türkiyə futbolunun gələcəyinə ümid vəd edir. Messinin Kənanı xüsusi ayaqqabı siyahısına daxil etməsi Türkiyə futbolu üçün qürurverici bir hadisə kimi qeyd edilib.
 
Qeyd edək ki, Messinin siyahısında Kənanla yanaşı, Barselonanın gənc ulduzu Lamine Yamal və Real Madridin göz bəbəyi Vicky Lopez kimi dünya futbolunun aparıcı gənc adları da var.
 
Aysel

OXŞAR XƏBƏRLƏR