Türkiyəli futbolçu Arda Turanla aktrisa Sinəm Kobalın toyun vaxtı müəyyənləşib. Cütlüyün toy mərasimi iyunun 15-də İstanbuldakı məşhur “Çırağan” Sarayında baş tutacaq.
Arda və Sinəmin toy şahidliyini baş nazir Rəcəb Tayyib Ərdoğan edəcək.
Futbolçu “Baş nazirə hörmət əlaməti olaraq, o gedənə kimi toyda spirtli içki olmayacaq” deyə açıqlama verib.
Mərasimə Ardanın çıxış etdiyi “Atletiko”nun (Madrid) üzvləri də qatılacaq.