Özəl bankda baş verən və aralarında idman dünyasının məşhur adlarının da olduğu 18 zərərçəkmişin dələduzluq etməsi ilə bağlı istintaq tamamlanıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bankir Seçil Erzanın 66 ildən 216, digər şübhəlilər üçün isə 4 ildən 97 ilə qədər həbs cəzası istənilib.
İttihama görə, "Qalatasaray"ın keçmiş futbolçuları Selçuk İnan, Emre Çolak, Emre Belözoğlu, Arda Turan, Fernando Muslera və baş məşqçi Fatih Terimin qızı Buse Terimin həmçinin onun həyat yoldaşı Volkan Bahçekapılı, keçmiş klub tərcüməçisi Musa Mert Çətin və Emre Çolakın qardaşı Emrah Çolakın da olduğu 18 nəfər məhkəməyə çağırılıb.
Seçil Erzan, Ali Yörük, Asiye Öztürk, Atilla Yörük, Hüseyn Eligül, Kerem Can və Nazlı Can şübhəli kimi saxlanılıb.
İddianamə İstanbul Ağır Cəza Məhkəməsi tərəfindən qəbul edilib və şübhəlilər yaxın günlərdə məhkəmə qarşısına çıxarılacaq.
İddianamədə şikayətçi Bülent Çeviker bankın müdiri vəzifəsində çalışan Seçil Erzanın mart ayında şəxsi münasibətinə əsaslanaraq 2 milyon dollar aldığını və ödəyəcəyini bildirən yazılı sənəd verdiyini bildirib.
Lakin o, pulu zərərçəkənə qaytarmayıb və haqqında şikayət ərizəsi verilərək həbs edilib.