Türkiyəli həkim açıqladı: Bu qidalarla xərçəngdən qoruna bilərsiniz - SİYAHI

Türkiyəli həkim açıqladı: Bu qidalarla xərçəngdən qoruna bilərsiniz - SİYAHI
SAĞLAMLIQ
20:12 11.06.2019
3926

Türkiyəli cərrah Beyza Özçinar döş xərçənginin müalicəsi istiqamətində aparılan araşdırmaların nəticəsini açıqlayıb. 

AZXEBER.COM  medicina.az-a istinadən xəbər verir ki, həkim deyib ki, bəzi qidalarla bu xəstəliyin daha çox yayılmasına mane olmaq mümkündür. 

Döş xərçəngi bütün dünyada, o cümlədən Azərbaycanda da geniş yayılıb. Bu, qadınlarda ən çox müşahidə edilən xərçəng növüdür. Bir çox araşdırmaya görə, meyvə yemək döş xərçənginin qarşısını almağa kömək edir. 
 
Həkim B.Özçinar deyib ki, bəzi xərçəng növləri məhz qadınların klimaks dövründən sonra baş qaldırır: "Son araşdırmalara görə, meyvə və tərəvəzlərin xərçəng riskini azaltdığı qənaətinə gəlinib. Quru lobya, noxud kimi qidalar da döş xərçəngi yaranma ehtimalını azaldır. Bundan başqa, meyvələrin tərkibində olan olan antioksidant təsiri olan maddələr də xərçəngə qarşıdır".

Xərçəng riskini azaldan meyvələr

•    Limon
•    Portağal
•    Manqo
•    Qreyfurt
•    İnnab

Həkimin sözlərinə görə, alma qabığının tərkibində olan  flavonoid maddəsi döş xərçəngi hüceyrələrinin böyüməsini ləngidir. Tərəvəzlərdə isə brokoli, Brüssel kələmi, gül kələmi və su tərəsi sözügedən xərçəng riskini minimuma endirir. Hətta çuğundurun yaşıl yarpaqları və kökü xərçəng hüceyrələri üzərində ölümcül təsirə malikdir.

Zəncəfil, sarımsaq və çörəkotu antixərçəng təsirə malikdir. 
 
B. Özçınarın sözlərinə görə,  döş xərçənginin müalicəsi üçün yalnız meyvə tərəvəzlər deyil, həmçinin, ədviyyatlar da faydalıdır:
"Xüsusi ilə zəncəfil, sarımsaq, çörəkotunun tərkibində aktiv maddələr var. 
 
Bu ədviyyatların istifadəsi döş xərçənginin yayılmasını əngəlləyir.
Qırmızı bibər antioksidanlar, sərbəst radikalların təsirlərinə qarşı hüceyrələri qoruyur. Antioksidanlar ürək xəstəliklərinə, xərçəngə və digər xəstəliklərə qarşı qoruyur. Bundan başqa, süpürgə darısı, arpa buğda da analoji faydaya malikdir" .
 
 Həkim qeyd edib ki, bu qidaları qəbul edərkən onların orqanik olmasına diqqət etmək lazımdır. 
 
"Döş xərçəngi diaqnozu qoyulan insanlar kimyaterapiya zamanı qida qəbuluna həssas yanaşmalıdır. Mütləq həkimlə davamlı əlaqədə olunmalıdır. Təbii yollarla xərçənglə mübarizə apararkən, dərmanlar əks təsir göstərməsin deyə ehtiyatlı olmaqda fayda var. Müalicə ərəfəsində döş xərçənginin yayılması və təkrar cərəyan etməməsi üçün təbii üsullar daima təsirlidir"

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda avtobus zolaqları ləğv edilə bilər? - Deputatdan açıqlama
15:38 16.09.2025
Bakıda avtobus zolaqları ləğv edilə bilər? - Deputatdan açıqlama
Ledi Qaqa "Kleopatra"nı canlandıracaq
15:31 16.09.2025
Ledi Qaqa "Kleopatra"nı canlandıracaq
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
15:28 16.09.2025
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
15:24 16.09.2025
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
15:12 16.09.2025
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
14:58 16.09.2025
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
14:50 16.09.2025
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
14:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
14:43 16.09.2025
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
14:17 16.09.2025
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
14:13 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
14:12 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
13:41 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
13:38 16.09.2025
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
13:36 16.09.2025
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI