"Qarabağ" Ermənistan klubu kimi təqdim edildi - VİDEO

VİDEO">
İDMAN
11:49 26.08.2022
533
Türkiyənin "A Spor" telekanalında yayımlanan verilişdə Azərbaycanın "Qarabağ" klubu Ermənistan komandası kimi təqdim edilib.

AZXEBER.COM xəbər verir ki, türkiyəli idman jurnalisti, "Sabah" qəzetinin köşə yazarı Gürcan Bilgiç "A Spor" telekanalında yayımlanan "Son Sayfa" verilişində "Qarabağ"ı Ermənistan komandası kimi təqdim edib.

Media nümayəndəsi "Fənərbağça"nın qrup mərhələsindəki potensial rəqiblərini dəyərləndirərkən, "Qarabağ" Ermənistan komandası deyilmi?" deyib. Verilişin digər iştirakçısı Hüseyin Özkek onun səhvini düzəldib. 

Qeyd edək ki, Bilgiç "Qarabağ"ın Azərbaycan klubu olmasından məlumatsızlığı və onu Ermənistan komandası kimi təqdim etməsi səbəbindən sosial şəbəkələrdə kəskin tənqidlərə məruz qalıb. Belə təxribatçı idman yazarının verilişə buraxılmaması tələb olunub.

OXŞAR XƏBƏRLƏR