Bakıda, Türkyənin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə 1-cisi keçirilən “Türkiyə Caz Festivalı” çərçivəsində Azərbaycanda fəaliyyət göstərən Türkiyəli ifaçı Oya Ergün konsert verəcək.AZXEBER,COM-un məlumatına görə, O.Ergün 16-Oktyabr Park Bulvar Zeytun restoranında, Bakı tamaşaçılarının qarşısına çıxacaq.
Eyni zamanda “Türkiyə Caz Festivalı”nın təşkilatçısı olan, Oya Ergün açıqlamasında konserti haqqında bunları deyib: “Mən çox şad oldum, Azərbaycanda belə bir festival təşkil etdiyim üçün. Mənə bu işdə dəstək olan, Türkiyənin Azərbaycandakı səfirliyinin öz təşəkkürlərimi bildirəm. Festivalın son konserti mən verəcəm. Amma o, gün məni dostum eyni zamanda, Türkiyədə sözünü demiş caz ustası olan Evrim Demirel Ensemble pianino müşayət edəcək. Biz Evrim beylə bir çox xarici ölkələrdə konsertlər vermişik. İllər sonar, Bakıda yenidən bir araya gəlib dəyərli dostumla konsert vermək məni çox sevindirir”.
Məlumat üçün bildirək ki, Evrim Demirel Ensemble bu gündə saat 21-30 da Park Bulvar Zeytun restoranında caz severlərə konsert verəcək.
Qeyd edək ki, Oya Ergün və Evrim Demirel Ensemble Amsterdamda Konservatoriyada birlikdə oxuyublar. E. Demirel eyni zamanda bəstəkar kimidə fəaliyyət göstərir. Demirel Avropanın ən önəmli konsert salonlarında konsertlər verib.

