Qanunsuz mərc oyunları araşdırması çərçivəsində İnterpol tərəfindən qırmızı bülletenlə axtarışa verilən keçmiş türkiyəli futbolçu Batuhan Karadeniz Birləşmiş Ərəb Əmirliklərində saxlanılıb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Karadenizin Türkiyəyə ekstradisiya edilməsi gözlənilir.
Xatırladaq ki, qanunsuz mərc reklamlarında iştirak etdiyi iddia edilən şübhəlilər arasında müğənni Serdar Ortaç, aparıcı Mehmet Ali Erbil, keçmiş futbolçu Batuhan Karadeniz, sosial media fenomenləri İbrahim Yılmaz, Muzaffer Zorbey Erkoçlar, Sefa Caner Sarıçam və həm Rusiya, həm də Türkiyə vətəndaşlığına malik Aleksander Mensikof da var idi.
Karadeniz ona qarşı istintaq başlandıqdan sonra xaricə qaçmışdı.
Aysel











































