Türkiyəli kompüter mühəndisi "Google"ni məhkəməyə verdi

Türkiyəli kompüter mühəndisi "Google"ni məhkəməyə verdi
DÜNYA
11:11 06.10.2023
288
Dünyanın aparıcı İT şirkətlərindən olan Google-da 6 ildən artıq menecer vəzifəsində çalışan türk kompüter mühəndisi Ülkü Rou şirkəti məhkəməyə verib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, cinsiyyət ayrı-seçkiliyinə məruz qaldığını iddia edən qadın eyni və ya daha az ixtisaslı kişilərdən daha aşağı səviyyədə və maaşla işə götürüldüyünü iddia edib.
 
O, həmçinin iddia edib ki, onun vəzifədə yüksəlməsinə mane olublar.

Rounun maaşı və yüksəlişi üçün təzminat yüz minlərlə dollar ola bilər.

O, bu məsələ ilə bağlı şikayətini şirkət rəsmilərinə çatdırarkən Google-un qisas aldığını, onun yüksəliş imkanlarından məhrum olduğunu və hətta vəzifəsini aşağı saldığını dilə gətirib.
 
Türk mühəndis iddia edib ki, menecerlərdən biri onu kişi həmkarlarının dəvət olunduğu görüşlərdən, e-poçt siyahılarından və saytdan kənar qruplardan kənarlaşdırıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR