Türkiyəli məşhur aktyor telekanal müdiri oldu

MƏDƏNİYYƏT
09:15 15.01.2013
2116
Türkiyənin tanınmış aktyoru, tamaşaçıların əsasən müxtəlif telekanallarda nümayiş olunan “Olacaq o qədər” tamaşaları ilə tanıdığı Levet Kırca “Ulusal” kanalının müdiri təyin olunub. Bu barədə mətbuat konfransı keçirən kanalın sabiq müdiri Yalçın Böyükdağlı, “Öz vəzifəmi ölkəmizin dəyərli sənətkarı və ziyalısı Levent Kırcaya verirəm” – deyib.Bu vəzifə üçün heç bir hədəfinin olmadığını deyən L. Kırca, bu barədə verilən təklifi vəzifənin icrası üçün əmr kimi qəbul etdiyini deyib. Aktyor həmçinin müxtəlif səbəblərlə heç bir telekanalda yayımlanmayan “Olacaq o qədər” tamaşasının da bu kanalda başlayacağını deyib.

OXŞAR XƏBƏRLƏR