2 yaşlı Zəhranın ölümünə türk məşhurlar da biganə qalmayıb.
AZXEBER.COM xəbər verir ki, müğənni-aktrisa Hülya Avşar 1 milyondan çox izləyicisi olan səhifəsində məşhur biznesmen Mübariz Mənsimovun paylaşımını izləyiciləri ilə bölüşüb.
Müğənni Mahsum Kırmızıgül Zəhranın ölüm şəkillərini paylaşaraq bunları qeyd edib: "Balaca Zəhra nənəsi ilə birlikdə Azərbaycanda ermənilər tərəfindən qətlə yetirildi. Bu bölgədə uşaqlar hələ də ölməyə davam edir. Adları, dinləri, ölkələri fərqli olsa da, ölən uşağın kim olduğunun heç bir fərqi yoxdur. Sivillərə qarşı edilən bu kimi alçaq saldırılar kimdən gəlirsə gəlsin lənət olsun.”
Tez-tez vətənimiz də qonaq olan müğənni Hadisə də bu qətlə göz yuma bilməyib. O da Zəhra və nənəsinin şəklin paylaşaraq Azərbaycan xalqına səbr diləyib.
"İçim yanır. 2 yaşlı bir uşaq. Kədərli analar. Bu insanlığa sığmayan vəhşi bir hücumdur. Terror hücumlarını hansı dildən, dindən, irqdən olursa olsun qınayıram. Və qınağa da davam edirəm. Buna bir son verin. Azərbaycana səbr diləyirəm”
Nazim Qasımzadə,
AZXEBER.COM
AZXEBER.COM