Türkiyədə Kızılcahamam Prokurorluğunun və Ankara Polis İdarəsinin sosial media platformaları üzərindən əxlaqsız görüntülər paylaşmaqda şübhəli bilinən şəxslərə qarşı apardığı araşdırmalar çərçivəsində 5 vilayətdə əməliyyat keçirilib.
AZXEBER.COM xəbər verir ki, məlumatı "HaberGlobal" yayıb.
Əməliyyat çərçivəsində məşhur müğənni Tuğba Ekinci, o cümlədən Ahmet Yılmaz, Ozan Rüzgar Dikici, Beren Akın və Çağlayan Yıldırım saxlanılıblar. Daha bir şübhəki Pınar Gülserin saxlanılması istiqamətində işlər davam edir.
Şübhəlilərin sosial media hesabları üzərində aparılan araşdırmalar zamanı onların cinsi məzmunlu paylaşımlar etdikləri, müxtəlif sosial media platformalarında hesablar yaradaraq ödəniş müqabilində xüsusi üzvlük sistemi vasitəsilə əxlaqsız görüntülər paylaşdıqları müəyyən edilib.











































