Türkiyənin Eskişəhər bölgəsindəki Porsuk çayından qadın meyti tapılıb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, 75 yaşlı qadının məşhur sənətçi Mithat Körlerin bacısı Fatma Nezihe Akkuş olduğu müəyyənləşib.
Alzheimer xəstəsi olan Akkuşun itkin düşməsi barədə ailə polisə məlumat vermişdi.
Şəxsiyyətin müəyyənləşdirilməsi zamanı cansız cəsədin Akkuşa məxsus olduğu və onun Körlerin bacısı olduğu məlum olub.