Türkiyəli mütəxəssis: “Koronavirusa siqaret tüstüsü ilə də yoluxa bilərik”

DÜNYA
20:43 30.05.2020
812
"Siqaret tüstüsündə havada asılı qalan molekullar var. Məsələn, böyük bir ərazidəsiniz və iki metr uzaqlıqdakı şəxsin çəkdiyi siqaretin tüstüsü sizə çatırsa, o tüstü sizə virus da gətirə bilər”.

"HaberGlobal”ın məlumatına görə, bu sözləri mikrobiologiya üzrə türkiyəli mütəxəssis Tutku Taşkınoğlu deyib.

"Bu məsələlərə mütləq şəkildə diqqət yetirilməlidir. Qapalı məkanlarda siqaret çəkilməməlidir. Birlikdə söhbət edərkən siqaret çəkilməsi kimi vərdişlərimiz var”, - deyə mütəxəssis bildirib
 
//Oxu.az

OXŞAR XƏBƏRLƏR