"Aprelin 11-də keçiriləcək prezident seçkilərində Azərbaycan xalqının düzgün seçim edəcəyinə, ən layiqli namizədə səs verəcəyinə inanıram"
Bu sözləri sechki-2018.az saytına açıqlamasında Türkiyənin inkişaf naziri Cevdet Yılmaz söyləyib.
Azərbaycanda demokratik islahatların həyata keçirildiyini, ölkənin bütün sahələrdə inkişafa nail olduğunu bildirən nazir deyib: "Azərbaycan böyük seçki təcrübəsinə malikdir. Ölkədə şəffaf, azad seçki mühiti formalaşıb. 11 aprel seçkilərinin də digər seçkilər kimi beynəlxalq standartlara uyğun şəkildə keçəcəyinə inanıram”.