Türkiyəli nazir: PKK ilə əməkdaşlıqda şübhəli bilinən doqquz nəfər saxlanılıb

Türkiyəli nazir: PKK ilə əməkdaşlıqda şübhəli bilinən doqquz nəfər saxlanılıb
DÜNYA
20:08 23.07.2024
197
Türkiyədə PKK terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən doqquz şəxs saxlanılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya "X”də yazıb.

O bildirib ki, Mersində çəkildiyi deyilən və sosial şəbəkədə yayılan videoda bir qrup şəxsin PKK rəhbərləri lehinə şüarlar səsləndirdiyi müəyyən olunub.

Bundan sonra hərəkətə keçən hüquq-mühafizə orqanları tərəfindən şübhəlilərdən doqquz nəfər saxlanılıb.

Axtarış tədbirləri nəticəsində bəzi rəqəmsal vasitələr, həmçinin silah-sursat ələ keçirilib.

Nazir bildirib ki, terrorçulara qarşı mübarizə qətiyyətlə davam edir.
OXŞAR XƏBƏRLƏR