Türkiyəli nazirdən Ərzincandakı mədən faciəsi ilə bağlı yeni açıqlama

Türkiyəli nazirdən Ərzincandakı mədən faciəsi ilə bağlı yeni açıqlama
DÜNYA
14:12 23.02.2024
176
Türkiyənin Ekologiya və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar Ərzincanın İliç rayonundakı mədən sahəsində baş verən sürüşmə haqqında açıqlama verib. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, onun sözlərinə görə, torpaq sürüşməsinin ardından sürüşmə riski altında olan torpaq kütləsinə müdaxilə işlərinin davam etdiyi bildirib. 

Sahədə sürüşmə riskinin aradan qaldırılması üçün işlər davam edərkən, Nazir Bayraktar mədən sahəsi daxilində aparılan işlərin görüntüsünü qeyd edərək bildirib ki: 

"Sürüşmə təhlükəsi olan quru əraziyə müdaxilə işimiz sürətlə davam edir". 

Xatırladaq ki, Fevralın 13-də Ərzincanın İliç rayonunda mədəndə baş verən sürüşmə nəticəsində dağıntılar altında qalan 9 işçinin axtarışları sürüşmə təhlükəsi səbəbindən dayandırılıb. 

Oksana
OXŞAR XƏBƏRLƏR