Türkiyəli nazirdən Haniyənin sui-qəsdinə REAKSİYA

Türkiyəli nazirdən Haniyənin sui-qəsdinə REAKSİYA
DÜNYA
11:17 31.07.2024
116
Türkiyənin Daxili İşlər Naziri Əli Yerlikaya Haniyənin öldürülməsinə reaksiya verib.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər veirr ki, Yerlikaya baş verən hadisəni pislədiyini ifadə edərək, Fələstin davasının bu cür xain sui-qəsdlərlə məhv edilə bilməyəcəyini bildirib. O sosial media hesabından iyrənc hücumu bu sözlərlə qınayıb:

"Günahsız insanları, uşaqları, qadınları, qocaları öldürməkdən bir an belə çəkinməyən işğalçı İsrail bu dəfə Tehranda xain sui-qəsd həyata keçirərək HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəni şəhid etdi. Bu alçaq sui-qəsdi lənətləyirəm. Fələstinin davası bu cür xain sui-qəsdlərlə məhv edilə bilməyəcək qədər müqəddəs müharibədir".
 
Gülay
OXŞAR XƏBƏRLƏR