ABŞ-da yaşayan Emine Yılmaz Özsoy adlı illüstrator rəssam Nyu-Yorkda vağzalda təcavüzkar tərəfindən qatarın qabağına itələnərək ağır yaralanıb.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Özsoyun insult keçirdiyi bildirilərkən, yaxınları onun müalicəsi üçün kampaniyaya başlayıb.
Türkiyədə də media qurumlarında çalışan və 6 il əvvəl ABŞ-a köçən 35 yaşlı sənətçi Emine YılmazÖzsoy səhər saatlarında Nyu-Yorkda qatar stansiyasında təcavüzkar tərəfindən qatarın qabağına itələnərək ağır yaralanıb.
Dəhşətli hücumla bağlı dünən açılan davada prokurorluq Özsoyun "təxribatsız hücumdan” sonra boynundan aşağı hərəkət edə bilməyəcəyini açıqlayıb.
Bildirilib ki, 39 yaşlı hücumçu Kamal Semrade səbəbsiz yerə iki əli ilə Özsoyun başından tutub, var gücü ilə hərəkətdə olan qatarın qarşısına atıb. Həmin şəxsin eyni qatarda gedən Özsoyun arxasınca getdiyi, eyni dayanacaqda düşdüyü və hücumdan sonra hadisə yerindən qaçdığı bildirilib.
İttiham tərəfinin ittiham aktında gənc qadının hadisə zamanı iflic olduğu, vəziyyətinin ağır olduğu, həyati təhlükəsinin davam etdiyi qeyd edilib.
Daha əvvəl Türkiyə mətbuatında səhifə tərtibatçısı kimi çalışan Özsoy 2017-ci ildə Nyu-Yorka köçüb və sənət üzərində işləyirdi.
Mikayıl










































