Türkiyəli seysmoloq Hatayla bağlı öncədən xəbərdarlıq edibmiş

Türkiyəli seysmoloq Hatayla bağlı öncədən xəbərdarlıq edibmiş
DÜNYA
00:40 21.02.2023
510
Türkiyə Elmlər Akademiyasının üzvü, professor Naci Görür Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən Hatay ilə bağlı diqqətçəkən xəbərdarlıqlar edib.

AZXEBER.COM "HaberGlobal”a istinadən xəbər verir ki, professor Naci Görür Hatay və Adana ilə bağlı öncədən xəbərdarlıq edib:

"Ətrafdakı faylarda müəyyən bir gərginlik transferi ola bilər. Düşünürəm ki, Şərqi Anadolu fay zonalarının ölü fay hissələrində gərginlik transferi ola bilər. Buna görə də Hatay və Adana kimi ərazilərdə diqqətli olmaq lazımdır, amma bunun xaricində Şərqi Anadolu fayı böyük ölçüdə enerjisini boşaldıb və azaldıb. Eynilə Şimali Anadolu fayı kimi. Bundan sonra o faylarda böyük ölçüdə bir rahatlama olacaq. Uzun müddətli böyük zəlzələlər olmayacaq, amma dediyim yerlərdə diqqətli olmaq lazımdır”,- deyə xəbərdarlığında bildiribmiş.

Ayşən
OXŞAR XƏBƏRLƏR