Türkiyəli siyasətçi: ‘Türkiyə ilə Azərbaycan ortaq hərəkət etməklə dünya siyasətində öz mövqelərini daha da gücləndirə bilər’

Türkiyəli siyasətçi: ‘Türkiyə ilə Azərbaycan ortaq hərəkət etməklə dünya siyasətində öz mövqelərini daha da gücləndirə bilər’
Siyasət
00:07 25.10.2013
1459

Tuncay Anlı: “İlham Əliyevin növbəti dəfə prezident seçilməsindən məmnunluq hissi keçiririk”

Türkiyə siyasətində xüsusi yeri olan Doğru Yol Partiyasının İstanbul şəhər təşkilatının sədri Tuncay Anlının Editor.az-a müsahibəsi

-Doğru Yol Partiyasının Türkiyə siyasətindəki hazırki rolunu və gücünü necə qiymətləndirirsiniz?

- Doğru Yol Partiyası bugün Türkiyədə 11 ildir hakimiyyətdə olan AKP-nin alternativi olacaq yeganə siyasi quruluşdur. Missiya və mahiyyət etibarilə demokrat siyasətin öncülləri Menderes və Dəmirəlin fəlsəfəsini bu gün də özündə ehtiva edən DYP yeni bir forma və gücdə iqtidara namizəddir. Türkiyədə xalqın böyük bir hissəsi seçkilərdə hazırki iqtidarı yenə biləcək partiyanın Türkiyə Böyük Millət Məclisində(TBMM) təmsil olunmadığı qənaətindədir. Bu sorğularda xalq AKP-ə yalnız TBMM-dən kənarda mərkəz sağ görüşlü yeni partiyanın, liderin alternativ ola biləcəyini qeyd edir. Xalq nə CHP, nə də MHP-nin seçkilərdə həlledici nəticə əldə edə bilməyəcəyini düşünür. Çünki Türkiyə seçicisi 63 ildir nə CHP, nə də MHP-ni təkbaşına iqtidar etmeyib. Bu mənada hesab edirəm ki, önümüzdəki əsas seçkilərdə Doğru Yol Partiyası hakimiyyətə iddialı olan əsas partiyadır.

-Türkiyədə bələdiyyə seçkiləri yaxınlaşır. DYP-nin seçkilərlə bağlı hazırlığı hansı səviyyədədir?

- Bələdiyyə seçkilərinin yaxınlaşdığı bu dönəmdə DYP bütün Türkiyə ərazisində təşkilatlanma işlərini başa çatdırıb və hər bölgədə namizədlərini müəyyən etməyə başlayıb. DYP bələdiyyə sədrliyinə bütün namizədlərini dürüst, təmiz, xalqa xidmət etmək istəyən, öz bölgəsində etibarlı olan şəxslərdən seçir. DYP-nin hər bələdiyyə başqanı gecə-güzdüz bilmədən, ayrı-seçkilik etmədən bütün vətəndaşlara xidmət üçün yola çıxacaq. Onlar başqan seçildikdən sonra DYP-li olmaqlarını bir kənara qoyub, qeyd-şərtsiz bütün vətəndaşlara xidmət edəcəklər. DYP-li bələdiyyə başqanları çox böyük problem olan tıxac və nəqliyyat problemlərini bölgəyə uyğun layihələrlə həll edəcəklər. Bundan başqa xüsusilə yoxsullara, təqaüdçülər və əlillərə yönəlik mühüm layihələrin icrası planlaşdırılır. Bələdiyyə başqanlarımız şəhərlərin təmizliyinin təmin edilməsi, insanların işsizlik probleminin həlli üçün də çoxsaylı layihələr həyata keçirəcəklər.

-DYP Azərbaycan və Türkiyə münasibətləri ilə bağlı nə düşünür?

- Türkiye və Azərbaycan bayraqları fərqli olsa da, bu iki dövlət eyni dili, dini, tarixi bölüşən dost və qardaş ölkələrdir. DYP Türkiyə Azərbaycan münasibətlərinə böyük önəm verən, bu münasibətlərin bütün istiqamətlər üzrə daha dərinləşməsini istəyən və bu istiqamətdə çalışan bir partiyadır. Hesab edirik ki, Türkiyə ilə Azərbaycan ortaq hərəkət edərək, dünya siyasətində öz mövqelərini daha da gücləndirə bilər.

– Tuncay bəy, Azərbaycanda keçirilən Prezident seçkilərinin nəticələrini necə qiymətləndirirsiniz?

- Dost və qardaş Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə cənab İlham Əliyevi təbrik edirik. Bizim partiya İlham Əliyevin növbəti dəfə prezident seçilməsindən məmnunluq hissi keçirir. Cənab İlham Əliyevin bundan sonra da Azərbaycan xalqının rifahı və firavan həyat sürməsi üçün çalışacağına böyük inamımızı ifadə edirik. Qardaş Azərbaycab xalqını seçkilər münasibətilə təbrik edir, Cənab İlham Əliyevə uğurlar arzulayırıq.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rəqsanənin əri də həbs edilə bilər? - Vəkildən açıqlama
14:25 21.08.2025
Rəqsanənin əri də həbs edilə bilər? - Vəkildən açıqlama
Tarixdə bu gün - 21 avqust nə günüdür?
14:22 21.08.2025
Tarixdə bu gün - 21 avqust nə günüdür?
DİM: Universitetlərə yerləşdirmənin nəticələri gələn həftə elan olunacaq
14:20 21.08.2025
DİM: Universitetlərə yerləşdirmənin nəticələri gələn həftə elan olunacaq
İlham Əliyev: Laçın şəhərində kanat yolu gələn il hazır olacaq
13:51 21.08.2025
İlham Əliyev: Laçın şəhərində kanat yolu gələn il hazır olacaq
İqtisadçı AQTA-ya səsləndi: "Cəld yoxlama mexanizmi olmasa, zəhərlənmələr davam edəcək"
13:50 21.08.2025
İqtisadçı AQTA-ya səsləndi: "Cəld yoxlama mexanizmi olmasa, zəhərlənmələr davam edəcək"
Avqust pensiyaları tam ödənildi
13:36 21.08.2025
Avqust pensiyaları tam ödənildi
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
13:07 21.08.2025
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
13:06 21.08.2025
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
13:03 21.08.2025
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
13:00 21.08.2025
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
12:59 21.08.2025
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
12:51 21.08.2025
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
12:28 21.08.2025
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
12:23 21.08.2025
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
12:22 21.08.2025
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
12:20 21.08.2025
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA