Türkiyəli tanınmış ifaçı şəhidlərimizin xatirəsinə gecə təşkil etdi - FOTOLAR

MAQAZİN
12:42 04.08.2014
2720

Azərbaycanda fəaliyət göstərən Türkiyənin tanınmış opera ifaçısı Oya Ergün Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Barok Arialar Axşamı” adlı gecə təşkil edib.AZXEBER.COM-a açıqlama verən Oya Ergün arialar gecəsini cəbhə bölgəsində şəhid olan əsgərlərimiz əzin xatirəsinə hesr etdiyin qeyd edib: “ Biz iki həftə öncə aria gecəsini keçirməyi planlaşdırmışdıq. Amma son anda aldıqımız Azərbaycan ordusunun əsgərlərin şəhid olma xəbəri bizi çox üzdü. Bizdə bu axşamı şəhidlərin əziz xatirəsinə həsr etdik. Proqramı dəyişərək yalnız şəhidlərə aid olan arialar səsləndirim. Allah vətən uğrunda dünyasını dəyişən əsgərləri rəhmət eləsin!. Onu da deyim ki, Arialar axşamıda pianoda məni, Hollandiyada birlikdə təhsil alan və Amerikada yaşayan dünyaca məşhur orqanist Cəmilə Cavadova-Spitsberq müşaiyət etdi. Onada öz təşəkkürlərimi bildirirəm”.

Qeyd edək ki, Alman- Azərbaycan mədəniyyət birliyi “Kapellhaus”da keçirilən arialar gecəsində Amerikanın Azərbaycandakı səfiri, Türkiyənin Azərbaycan səfirliyinin diplomatları, İtalyanın Azərbaycan səfirliyinin münayəndəsi və digər səfirliklərin təmsilçiləri iştirak ediblər.

Onu da deyək ki, “Barok Arialar Axşamı “adlı gecədə, sopranedə Oya Ergün, pianoda Cəmilə Cavadova, Klaudio Montever”di şəhidlərə həsr etdiyi “Lasciatemi Morire əsəri olmagla Alessandro Scarlatti, Marko Antonio,Cesti, Kristof Villibald Qlük, Corc Frederik Handel, Antonio Kaldara, Culio Kaççini kimi məşhur bəstəkarların arialarını ifa ediblər.

Məlumat üçün bildirək ki, Oya xanım, barok musiqisi mövzusunda ayrıca təhsil almış və Avropanın bir çox şəhərində barok operalardan da baş rol oynamış. Eyni zamanda, Ergün barok, fleyta ailəsində alto, soprano və sopranino fleyta də ifa edir.

OXŞAR XƏBƏRLƏR