Türkiyəli turist Azərbaycanı belə görür - İMKANIM OLSAYDI BAKIDA YAŞAYARDIM...
SOSİAL
01:17 17.06.2016
9754
Azərbaycanda məskunlaşmaq istəyinizi artıracaq Bakı-İstanbul müqayisəsiTürkiyənin “Ekşi Sözlük” saytı Azərbaycanla bağlı maraqlı yazı dərc edib.AzNews.azxəbər verir ki, paytaxtımıza səfər edən jurnalist “Azərbaycanda məskunlaşmaq istəyini artıracaq bir Bakı-İstanbul müqayisəsi” adlı reportaj hazırlayıb. Müəllif 2 şəhəri iqtisadi cəhətdən müqayisə edib. Həmin yazını təqdim edirik:İqtisadi cəhətdən Bakı İstanbuldan çox yaxşıdır.Valyuta məzənnəsi1 manat = 1.91 tl1 dollar = 1.52 manatNəqliyyat vasitələriMetro və avtobusların gediş haqqı 20 qəpikdir.Nəqliyyatdan istifadə üçün karta 20 manat (təxminən 38 lira) yükləyirsənsə, metro və ya avtobuslardan 100 dəfə istifadə edə bilərsən. Türkiyədə avtobus və metrodan 100 dəfə istifadə etmək üçün 230 tl ödəmək məcburiyyətindəsiniz.SiqaretSiqarət növü çox deyil, çox siqaret çəkən də yoxdur.Camel 3 manat (5.73 tl), bizdə 8 tlParliament 4 manat (7.64 tl), bizdə 11.5 tlKent 3 manat (5.73 tl), bizdə 10 tl.Göründüyü kimi siqaret mövzusunda da öndədirlər.Spirtli içkiQiymətlərə hələ dəqiq baxmamışam. Lakin “Şərab evi” adlanan yerlər var. Türkiyədəki monopoliya dilerlərinin bənzəridirlər. 24 saat açıqdırlar və həddən çox içki satırlar. Xüsusilə də rus içkiləri öndədir.3 litrlik bir şərab badəsini 9,5 manata (təxminən 18 tl-yə) satdıqlarını bilirəm. Şərabın dadı da pis deyildi. Həmin şərab Azərbaycan kəndlərində istehsal edilir.Qırmızı ətBu fotonu Türkiyədə “Migros”a bənzəyən alış-veriş mərkəzində çəkmişəm.Dana qiymə - 7,29 manat (13,92 tl). Türkiyədə təxminən 32 tl.Quzu qiymə 9,95 manat (19,02 tl). Türkiyədə təxminən 40 tl.Qısacası Bakıda qırmızı ət çox ucuzdur.Gəzməli yerlərAd olaraq çox yer bilmirəm. Amma metronun Sahil və ya Gənclik stansiyalarından çıxsanız möhtəşəm yerləri gəzə bilərsiniz.Ən sevilən məkanlarda yerlər tər-təmizdir. Hələki zibil və siqaret kötüyünə rast gəlməmişəm. Gün ərzində yerləri təmizləyən xidmətçiləri də görməmişəm. Azərbaycanlılar şəhərlərinin qiymətini bizdən daha yaxşı bilirlər.Dil problemiƏvvəlcə Azərbaycan türkcəsini necə öyrənəcəyəm deyə narahat idim. Lakin qısa zaman ərzində bu problemin də öhdəsindən gəldim. Hara getsəm öz ölkəmdəyəmmiş kimi Türkiyə türkcəsindən istifadə edirəm. Azərbaycanlılar da Türkiyədən gəldiyimi anlayır və kömək edirlər. Düzdür bəzi sözləri başa düşmürlər. Məsələn “buçuk” (yarım) sözü burada keçərli deyil. Başqa bir söz isə “çeyrek”dir (15). Məsələn “5`i çeyrek geçe” əvəzinə “5-ə 15 dəqiqə işləmiş” deməlisiniz.Arada belə şirin anlaşılmazlıqlar da yox deyil.Taksilər, tıxac və maşın qiymətləriTaksilərin rəngi əsasən ağdır. Türkiyədəki kimi sarı deyil. Modelləri də fərqlidir. “Mercedes” markalı taksi daha çoxdur.“Badımcan taksi” dediyimiz taksilər ən qeyri-adi olanıdır. Şəhəri gəzərkən bir taksi sürücüsü ilə söhbət etmək imkanım oldu. Onun sözlərinə görə, bu taksiləri 2012-ci il “Eurovison” mahnı müsabiqəsi üçün alıblar.Tıxac məsələsi...İstanbuldakı kimi uzun növbələr və saatlarla gözləyən insanlar görmədim. Diqqətimi çəkən tək məqam cip sürən insanların sayının lap çox olmasıdır. Hara getsəm növənöv ciplər görürəm.Bir gün maşınla şəhəri gəzərkən azərbaycanlı dostuma qarşımızda gedən “Toyota Land Cruiser”i göstərdim və qiymətini soruşdum. “60 min manata ala bilərsən”, - dedi. İndi saytdan baxdım. Türkiyədə 2,8 motorlu “Land Cruiser” 145 900 avro + 3 249 tl (təxminən 480 000 tl). Azərbaycanda 3,0 motorlu “Land Cruiser” 66 300 manat (təxminən 125 000 tl).Türkiyədə haradasa 500 000 tl, Azərbaycanda 125 000 tl.Mənbə (tr)Mənbə (az)Piyada keçidləriİstəyirsiniz inanın, istəyirsiniz yox, amma piyada keçidinə addımınızı atdığınız anda maşınlar dayanır. Həm də 6 zolaqlı yolda maşınlar sürətlə keçərkən. Sadəcə bunun üçün belə Bakıda yaşamağı Türkiyədən üstün tuturam.Əvvəlcə “keçidlər üçün işıqfor yoxdurmu” deyə özüm-özümə soruşurdum, daha sonra piyada keçidi ilə bağlı məsələni öyrəndim.Mənə ən çox təsir edən hadisəAxşamüstü iş yoldaşımla evlərimizə gedirdik. 4 zolaqlı yolu keçməliydik. Piyada keçidi 50 metr məsafəmizdə idi. Keçidə doğru getmək yerinə yol boşalınca keçməyi düşündük. Yolun yarısına qədər keçmişdik, lakin bu zaman sürətlə yaxınlaşan maşınları gördük. Yolun ortasında gözləyərkən cip sürən sürücü bizi görən kimi qəza işıqlarını yandırıb yolu keçməyimiz üçün dayandı. Arxasından gələn digər maşınlar da eynisini etdilər. “Nə baş verir” deyə düşünərkən dostum xəbərdarlıq etdi və yolu keçə bildik.İnternet sürətiİndi istifadə etdiyim internet 16 mb-dır. “Upload” sürəti də 16 mb-dır. Bu yaxınlarda “Youtube”a video yükləyərkən ağzım açıq qaldı. Buradakı ümumi qiymətləri bilmirəm. Amma “Türk telecom” kimi keyfiyyətsiz olmadıqlarına əminəm. Hələki heç vaxt internet kəsilməsi ilə üzləşməmişəm.“Connect” adlı firmanın tariflərinə görə fərdi istifadədə 16 mb “download/16mb upload fiber” internet ayda 35 AZN-dir (təxminən 67 tl).Bir də “Ttnet”də qiymət tariflərinə baxaq.16mbps “ultranet məhdudiyyətsiz plus” tarifi 93 tl. Üstəlik, “upload” sürətini tarifdə bildirməyiblər. Azmış kimi 100 gb - deyə düşüncələrinə görə kvota qoyublar. Ttnet fasilələrindən söz etməyəcəyəm belə. Azərbaycanda kvota dərdi yoxdur.Sosial-mədəni vəziyyətİnsanların çoxu müsəlmandır. Lakin kimsə radikal deyil. Hər kəs bir-birinə hörmət edir. Dava-döyüş görmədim.Küçələrdə bar-bar bağıran səyyar satıcılar, nə dediyi anlaşılmayan anons edən bələdiyyələr, “xanımların diqqətinə! Overlok maşını ayağınıza gəlib” anonsları ilə insanı bezdirən overlokçular, meqafonlarla sarımsaq satmağa çalışan furqonlar, gurultulu bir şəkildə sürət yığan motosikletlər və maşınlar, tez-tez siqnala basan ruh xəstələri, PKK terrorçularını sevənlər, İŞİD tərəfdarı psixopatlar, tamaşa göstərib digər insanları narahat edən xuliqanlar və siyasi qruplar Bakıda yoxdur.İmkanım olsaydı ömrümün qalan hissəsini burada keçirmək istəyərdim. Lakin iqtisadi məsələlərə görə həyatımı bir müddət daha Türkiyədə davam etdirmək məcburiyyətindəyəm.Azərbaycan gözəl məmləkətdir.