Taksim Gezi parkındakı hadisələrlə bağlı qorxunc bir fakt ortaya çıxıb. AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, dünən axşam saatlarında Ulusal kanalda yaşanan bir hadisə tükləri ürpədib. Spiker mikrafonun açıq olduğunu unudaraq, aksiyalarla əlaqədar deyib: ”Kaş ki bir neçə nəfər adam ölsə...” Türkiyədə aksiyalar nəticəsində həm polislərdən, həm də aksiya iştirakçılarından yaralananlar olub, ölüm xəbəri isə hələ ki yoxdur. Göründüyü kimi aksiyalarda ölümlər olmasa da, ölümlərin olması üçün səbirsizlənənlər var. Bunlardan biri də İşçi Partiyasının yayımını idarə edən ULUSAL TV-nin aparıcısı olub. Belə ki, mikrofonu bağlamağı unudan aparıcı “kaş ki, bir neçə nəfər ölsə, gözəl olardı” deyib.Fatimə İbrahimova