Türkiyəni dəhşətə gətirən cinayətkar ana...- VİDEO

Türkiyəni dəhşətə gətirən cinayətkar ana...- VİDEO
DÜNYA
16:41 11.02.2014
2075

Kocaeli bölgəsində 2 aylıq körpəsini evdə tək qoyaraq tətilə gedib, qayıdanda övladını ölü tapan ana danışıb

Türkiyəni dəhşətə gətirən cinayətkar ana danışıb.Kocaeli bölgəsində 2 aylıq körpəsini evdə tək qoyaraq tətilə gedib, qayıdanda övladını ölü tapan ana danışıb. Cinayətkar qadın müsahibəsində sakit və heç kimlə işi olmayan bir müəllimə olduğunu bildirib.
O, həm də savadı ilə öyünüb.
- Özünə qapanan, sakit bir insan kimi tanıyırdılar səni...
- Öz işimi sevən, heç kimlə işi olmayan sakit bir müəlliməyəm. Tək olmağı heç sevmirəm. Amma həmişə tənha qalıram. Qaranlıqdan çox qorxuram. Hətta yatanda belə qapını açıq qoyuram.
- İşlədiyin məktəbdə hamı səndən şikayət edir. Bunun səbəbi nədir?
- Həmişə məni narahat etdilər. Ona görə də, heç vaxt peşəmi sevmədim.
- Müəllimliyi sevmirdinsə, niyə işləyirdin?
- Sadəcə uşaqları çox sevdim. Onlarla tək qalanda heç bir problem olmur. Lakin iş yoldaşlarımla, məktəbin rəhbərliyi ilə problemlər yaşadım.
- Geyimində nə problemlər olur?
- Çox sarışınam. Guya donumun ətəkləri çox qısadır. Rəngarən geyinirəm, ona görə də, həmişə məndən şikayət edirdilər. “Çox diqqətçəkici geyinirsən”, - deyə məktəb rəhbərliyi həmişə mənə irad tuturdu.
- İndi özünü necə hiss edirsən?
- Çox rahatam. Lakin qulağıma oğlumun səsi gəlir. Dəli oluram. Bəzən özümü hündürlükdən atmaq, yaxud da, bir ovuc dərman içərək intihar etmək istəyirəm. Nə vaxt tək qalıram, bu fikirlər məni boğur. Bəzən düşünürəm ki, mən niyə burdayam. Axı mən həbsdə olmamalıydım. Olanların günahkarı mən deyiləm axı.
- Körpənin ölümündə özünü heç günahkar bilmirsən?
- Günahkar deyiləm. Mən canavar deyiləm. Körpəmə çox yaxşı baxırdım. Yeməyini verirdim, bezini dəyişirdim. Çimdirirdim. Heç bir şeyini əskik etmirdim. Haqqımda yazılanları eşitdikcə, bu mən deyiləm, deyib hayqırmaq istəyirəm.
- Körpəni xatırlayırsanmı? Oğlum deyirsən, niyə onun adını heç çəkmirsən?
- Bilirsən nə xatırlayıram? Körpəmi əmizdirərkən necə yatdığı gözümün önündən getmir. Xəstəxanada tibb bacısı, körpənin ayağını qaşı demişdi. Ayağının altını qaşıyan kimi oyanırdı. Ona yemək hazırlayanda ağlamaq səsi qulağıma gəlir. Oğlumu dəfn edərkən məni buraxmadılar. Məni yandırır ki, onun dəfnində iştirak edə bilmədim. (Ans press)
 
OXŞAR XƏBƏRLƏR