Türkiyədə 2 polis, qadına maskadan düzgün istifadə etmədiyi üçün şiddət göstərib.
AZXEBER.COM xəbər verir ki, hadisə İstanbulun Kadıköy ilçəsində baş verib. Maska qadının burnunu örtmədiyi üçün qadın polislər tərəfindən saxlanılıb.
Vəziyyət bundan sora daha da gərginləşib. Polislər qadını yerə yıxaraq, ona şiddət göstərməyə başlayıb. Qadının dostları baş verənləri videoya çəkib. Video görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra böyük səs-küyə səbəb olub.
Zərərçəkmiş Rəna polislərə onların da maska taxmadığını bildirdiyi üçün şiddətə məruz qaldığını bildirib.
Hər iki polis vəzifələrindən uzaqlaşdırılıb.