Türkiyəni təmsil edən azərbaycanlı üzgüçü dünya çempionu oldu

Türkiyəni təmsil edən azərbaycanlı üzgüçü dünya çempionu oldu
İDMAN
23:37 24.08.2025
208
Azərbaycanlı üzgüçü Nüsrət Allahverdi dünya çempionu olub.

18 yaşlı idmançı Rumıniyada gənclər arasında keçirilən mundialda Türkiyə millisinin heyətinə qızıl medal qazandırıb.

O, 50 metr məsafəyə brass üsulu ilə üzmə yarışında 26,98 saniyə ilə finişə hamıdan tez çataraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Nüsrət Allahverdi ötən il Litvada keçirilmiş Avropa çempionatında eyni növ üzrə birinci yeri tutmuşdu.

/oxu.az
OXŞAR XƏBƏRLƏR