Türkiyəni yasa boğulmaqdan xilas edən pilot - FOTOLAR

DÜNYA
02:50 26.04.2015
3553
Bu gün Türkiyə böyük bir faciənin astanasından dönüb.
 Milan-İstanbul reysini həyata keçirən Airbus-300 təyyarəsi Atatürk Hava Limanına təcili eniş etmək məcburiyyətində qalmışdı. Buna səbəb təyyarənin mühərrikində baş verən yanğın olmuşdu.
Təyyarədə olan 97 sərnişinin həyatını riskə atmadan uğurlu eniş edən türkiyəli pilot Alphan Morkan ölkəsinin matəmə bürünməsinin qarşısını alıb.
Təyyarədə olan sərnişinlər qorxulu anlar yaşadıqlarını, nələrin baş verdiyini anlamadıqlarını bildiriblər. (axar.az)
OXŞAR XƏBƏRLƏR