Türkiyənin baş konsulu girov götürüldü

DÜNYA
20:00 11.06.2014
1256
Mosuldakı Türkiyə konsulluğunun işçiləri "İraq və Şam İslam Dövləti" (İŞİD) qruplaşmasının silahlılarının nəzarət altında olan şəhəri tərk edə bilməyiblər.
ANS PRESS-in məlumatına görə, bu barədə Mosulun qubernatoru Əsil ən-Nəcəfi bildirib.
Diplomatlar yaraqlıların konsulluğun binasını partlatmaq hədəsindən sonra diplomatik nümayəndəliyin qapılarını açmağa məcbur olublar.
Türkiyə hökuməti təsdiq edib ki, Mosuldakı baş konsul da daxil olmaqla 14-15 nəfər girov götürülüb. Hazırda Türkiyənin Baş naziri bu məsələ üzrə təcili görüş keçirir.
Bir müddət əvvəl xəbər verilmişdi ki, "əl-Qaidə" ilə əlaqəsi olan İŞİD əhalisinin sayına görə İraqın ikinci böyük şəhəri olan Mosula nəzarəti ələ keçirib.
OXŞAR XƏBƏRLƏR