Türkiyənin baş naziri Binəli Yıldırım Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Türkiyə mediası nazirlik mənbələrinə istinadən məlumat yayıb. B.Yıldırım İ.Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edib.
Qeyd edək ki, İlham Əliyev 86,9 faiz səslə növbəti prezident seçkilərinin qalibi olub.