Türkiyənin baş naziri istefa verdi: "Anlaşma olmayan yerdə qala bilmərəm"

Türkiyənin baş naziri istefa verdi: "Anlaşma olmayan yerdə qala bilmərəm"
SİYASƏT
16:30 05.05.2016
4769
“Anlaşma olmayan yerdə iddiaçı olmuram. Kimsənin də qəlbini qırmaram. Ona görə də qərara aldım ki, istefa verim”.
Bunu Türkiyəinin Baş nazir Əhməd Davudoğlu istefası ilə bağlı çıxışında deyib. O, AKP və Baş nazir postundan getməsinin səbəbini belə izah edib:
“Ədalət və İnkişaf Partiyasının son iclasında qəbul edilən qərarlar partiyanın rəhbəri və hökumətin başçısı olaraq məni razı salmayıb. AKP-də sədrlik etdiyim dövrdə heç bir istefa olmayıb, heç kim partiyadan ayrılmayıb. Ən böyük hədəfim partiyamın birliyini qorumaq olub. Canla-başla çalışdım, millətim şahiddir. Bu qərarı almağında hər hansı məğlubiyyət, peşmanlıq hissim yoxdur”.
Baş nazir öz çıxışında Türkiyənin prezidenti Rəcəp Tayyip Ərdoğanla olan münasibətlərinə də aydınlıq gətirib: “Türkiyə prezidenti Ərdoğanla münasibətlərimi heç vaxt pozmayacağam. Onunla son nəfəsimə qədər dostluq və qardaşlığımı qoruyacam. Kimsə məndən prezidentimizlə bağlı neqativ söz eşitməyəcək. Prezidentin şərəfi mənim şərəfi, onun ailəsi mənim ailəmdir”.
OXŞAR XƏBƏRLƏR