Türkiyənin Muğla və Aydın əyalətində müəyyən edilməyən səbəblərdən meşə yanğınları baş verib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Aydın əyalətinin Söke rayonunda baş verən yanğına qısa müddətdə müdaxilə edilib.
Muğla Meşə Region Müdirliyi qrupları yanğını söndürmək üçün havadan və qurudan müdaxilə etməyə başlayıb. Səmərəli səylərlə yanğın qısa müddətdə nəzarət altına alınaraq soyutma işlərinə başlanılıb.
Məlumata görə, yanğın zamanı 5 hektar meşə sahəsinə ziyan dəyib.
Ayşən