"Türkiyənin cənubunda qanuni terror təhlükəsi var, özünü müdafiə etmək hüququ var".
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Ağ Evin sözçüsü Con Kirbi Türkiyənin Suriya və Şimali İraqda başlatdığı hava əməliyyatı ilə bağlı açıqlama verib.
Sözçü Türkiyənin cənub sərhəddində "qanuni terror təhlükəsi" ilə üzləşdiyini və özünü müdafiə etmək hüququna malik olduğunu bəyan edib. Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Direktoru Con Kirbi Zoom vasitəsilə keçirdiyi brifinqdə Ağ Ev müxbirlərinin suallarını cavablandırıb.
Türkiyənin Suriya ilə sərhədində baş verənləri dəyərləndirən Kirbi, "Türkiyə, xüsusən də cənubunda qanuni terror təhlükəsindən əziyyət çəkməyə davam edir. Təbii ki, onların özlərini və vətəndaşlarını müdafiə etmək hüququ var" deyib.
Bölgədəki proseslərlə bağlı onları narahat edən məqamın YPG/PKK-nın "SDG” adlandırdıqları "DAİŞ-ə qarşı mübarizəsi” olduğunu bildirən Kirbi, "Bölgədəki əməliyyat partnyorumuz QSD-nin imkanlarını məhdudlaşdıra bilər. DEAŞ-a qarşı mübarizə aparmaq üçün təzyiqi davam etdirmək istəyirik” - deyib.
Mikayıl