Türkiyənin Cümhuriyyət Günü Qarabağda Azərbaycan hərbçilərinin iştirakı ilə qeyd edilib

Türkiyənin Cümhuriyyət Günü Qarabağda Azərbaycan hərbçilərinin iştirakı ilə qeyd edilib
SİYASƏT
23:07 29.10.2021
526
Türkiyənin Cümhuriyyət Günü Qarabağdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzində Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin iştirakı ilə qeyd edilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi özünün tviterdəki hesabında məlumat yayıb.

"Qarabağdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzində 29 oktyabr Türkiyənin Cümhuriyyəti Günü münasibətilə Azərbaycan və Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin iştirakı ilə bayram mərasimi keçirilib”, - Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında bildirilir.
OXŞAR XƏBƏRLƏR