TÜBİTAK Marmara Araşdırma Mərkəzi (MAM) Qütb Araşdırmaları İnstitutunun koordinasiyasında "8-ci Milli Antarktika Elm Ekspedisiyası”nı həyata keçirəcək nümayəndə heyəti İstanbuldan yola düşüb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rəyasət Heyətinin və Sənaye və Texnologiya Nazirliyinin himayəsi altında türk alimləri Antarktidada 8-ci dəfə elmi iş aparacaqlar.
Bu dəfə öz layihələri ilə birinci yer tutan 3 orta məktəb şagirdi də komandaya daxil edilib.
8-ci Milli Antarktika Elmi Ekspedisiyasının Koordinatoru Burcu Özsoy komandaya elmi araşdırma aparmaq üçün müxtəlif qurumlarda çalışan insanların daxil olduğunu bildirib.
Ayşən