ABŞ Suriyada PKK/YPG ilə dövriyyələrini azaldıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir
ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Türkiyənin Suriyada terror təşkilatı
PKK/YPG-yə qarşı davam etdirdiyi əməliyyatlara görə, ABŞ əsgərlərinin təşkilatla
birlikdə bölgədəki dövriyyələrini azaldıb.
Gündəlik mətbuat konfransında sualları
cavablandıran Pentaqonun sözçüsü Patrik Rayder Türkiyənin təhlükəsizlik
narahatlığını anladıqlarını, lakin Türkiyə Silahlı Qüvvələrinin (TSK) Suriyanın
şimalındakı əməliyyatlarından narahat olduqlarını bildirib.
Ayşən