Türkiyənin Ermənistan üzrə xüsusi nümayəndəsi kimdir?

Türkiyənin Ermənistan üzrə xüsusi nümayəndəsi kimdir?
DÜNYA
23:56 15.12.2021
450
Qarabağ zəfərindən sonra pozitiv mesajlar veririk. Azərbaycan prezidenti İlham Əliyev də pozitiv mesajlar verir. Xüsusilə Azərbaycanın Ermənistanla sülh sazişi imzalama təklifi son dərəcə anlamlıdır.

AZXEBER.COM "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Qardaş ölkə diplomatının sözlərinə görə, baş verənlər Azərbaycanla Tüürkiyənin niyyətinin bariz nümunəsidir.

"Biz artıq Cənubi Qafqazda barışıq, sülh, iqtisadi inkişaf, birgə layihələr olsun istəyirik. Ermənistanın da eyni anlayış içində olmasını arzu etdik. Ermənistandakı yeni seçimlərdən sonra Nikol Paşinyandan müsbət siqnal gəldi. Biz də Azərbaycanla birgə məsləhətləşmələr aparıb addım atırıq.

Kimsə "Azərbaycandan ayrı addım ata bilmərik?", deyə sual verməsin. Biz bir millət, iki dövlətik. Qaldı ki, bunlar normal şeylərdir. Digər tərəfdən, qarşılıqlı etibara əsaslanan addımlar atmaq lazımdır. Bir tərəfdən Azərbaycan bu addımları atır, digər tərəfdən biz. Prezident Rəcəb Tayyib Ərdoğanın tövsiyəsi ilə Türkiyənin ABŞ-dakı keçmiş səfiri Sərdar Kılıçı rəsmi olaraq vəzifələyə təyin edəcəyik.

Digər tərəfdən həm Türkiyə, həm də Ermənistandan aviaşirkətlər İstanbul-İrəvan birbaşa uçuşlarını yerinə yetirmək üçün müraciət ediblər. Nəqliyyat Nazirliyimiz hazırda bunu müzakirə edir. Prinsip olaraq buna normal baxırıq", - deyə Çavuşoğlu əlavə edib.

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Entoni Blinken də Türkiyənin bu addımını məmnuniyyətlə qarşıladıqlarını və dəstəklədiklərini bildirib.
OXŞAR XƏBƏRLƏR