Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Azərbaycanın razı salınaraq Türkiyə-Ermənistan sərhədinin açılacağına dair məlumatla bağlı açıqlama verib.
Türkiyənin Azərbaycandakı səfirliyindən AZXEBER.COM-a verilən məlumata görə, nazirliyin sözçüsü Ləvənt Gömrükçü xəbərlərin doğru olmadığını söyləyib. “Mətbuatda Əhməd Davudoğlunun Parlamentdəki çıxışında Ermənistan ilə sərhədlərin açılması istiqamətində cəhd ediləcəyi və bununla bağlı Azərbaycanın razı salınması üçün çalışmalar ediləcəyi ilə bağlı xəbərlər doğrudurmu?” sualına L.Gömrükçü belə cavab verib: “Belə xəbərlərə etibar etməmək lazımdır. Türkiyə Qafqazda sülhün ümumi çərçivədən inkişaf etdirilməsini istəyir. Bu mənada da ölkəmiz Azərbaycandakı işğalın sona çatdırılması istiqamətində addımlara uyğun olaraq regional əməkdaşlığın inkişaf etdirilməsinə hər cür addımı müsbət dəyərləndirəcəyinə daha əvvəl də ifadə edib. Bu məsələdə Azərbaycanla aramızda əməkdaşlıq və ortaq məqsədlər var”. Bu məsələnin bir tərəfin digərini razı salmaq şəklində deyil, ortaq məqsəd içində atılan bir addımlara olaraq görülməsinin lazım olduğunu deyən Türkiyə XİN rəsmisi, Türkiyənin bölgədə atılacaq addımlara paralel olaraq əməkdaşlığı müsbət şəkildə dəyərləndirəcəyini söyləyib: Türkiyə bölgənin önəmli bir ölkəsi olaraq Dağlıq Qarabağ probleminin həll edilməsi prosesini yaxından izlədiyini bildirən L.Gömrükçü, prosesin gedişində necə bir addım atılacağı haqqında bir şey söyləməyin tez olduğunu sözlərinə əlavə edib: “Bununla birlikdə prosesə təkrar canlılıq qazandırmaq istiqamətində gözlənti və çalışma var. Türkiyə qısa zamanda bu məsələdə bir həll yolu tapılmasını istəyir. Türkiyə regional sülhü dəstəkləyəcək bütün addımı atmağa hazırdır”.