Giresun universiteti azərbaycanlı abituriyentlər üçün qapılarını açır.
Türkiyənin Qaradəniz bölgəsində yerləşən “Giresun” universiteti Azərbaycan vətəndaşları üçün Bakıda qəbul imtahanı keçirəcək. Universitet 24 iyul tarixində saat 09:00-da Bakı Türk Anadolu Liseyində keçiriləcək.
İmtahanda iştirak etmək istəyənlər 20-23 iyul tarixlərində Bakı Türk Anadolu Liseyinə yaxınlaşıb qeydiyyatdan keçə bilərlər.